“PAŞA Malls” və “PAŞA Real Estate Group”un birgə təşəbbüsü olan “Zəfər Köşkü” layihəsi fəaliyyətə başladı. 8 Noyabr – Zəfər Gününə özəl hazırlanan bu kolleksiya xalqımızın həmrəyliyini və vətən sevgisini təcəssüm etdirir.
Təşəbbüsün ən önəmli məqsədi qəhrəmanlarımıza olan mənəvi dəstəyimizi davam etdirməkdir.
Məhz bu səbəbdən, layihə çərçivəsində satılan bütün məhsulların gəliri şəhid ailələri və qazilərimizə dəstək üçün “YAŞAT” Fonduna ianə ediləcək.
31 oktyabr – 10 noyabr tarixlərində köşklərimizə yaxınlaşaraq, həm zəfər ruhunu özünüzlə apara, həm də bu dəyərli layihəyə dəstək ola bilərsiniz.
Mərtəbə
Mərtəbə