2.04.2022 tarixində saat 12:00-dan 19:00-dək Gənclik Mallda 2 Aprel Ümumdünya Autizm Maarifləndirmə Günü ilə bağlı Lider psixoloji və nitq inkişaf mərkəzinin mütəxəssisləri və könüllüləri tərəfindən sosial tədbirimiz keçirildi. Bu tədbirdə insanları Autizm haqqında maarifləndirməklə Autizmli uşaqlarımıza və onların ailələrinə dəstəyimizi göstərdik. Gələn qonaqlara Autizmli uşaqlar tərəfindən hazırlanan əl işləri nümayiş etdirildi və bu barədə ətraflı məlumat verildi. Bundan əlavə insanlara autizmin simvolik rəngi olan mavi rəngdə lentlər, uşaqlara mavi şarlar paylanmışdır.
Floor
Floor