Costa Coffee

Costa Coffee

Avropanın ən böyük və 12 il ardıcıl şəkildə “Böyük Britaniyanın ən sevimli kofe şəbəkəsi” seçilən “Costa Coffee” artıq Azərbaycandadır!

“Costa Coffee” tanınmış beynəlxalq qəhvə brendi və qlobal kofe şəbəkəsidir. 1971-ci ildə Böyük Britaniyada italyan əsilli Kosta qardaşları Sergio və Bruno Kosta tərəfindən yaradılmışdır. Qeyd etmək lazımdır ki, “Costa Coffee” hazırda dünyanın 32-dən çox ölkəsində fəaliyyət göstərir və 5000-dən çox “kofeşop”un olduğu şəbəkəni idarə edir.