Jules Verne qələmi altından çıxan maraqlı macəraları çoxları oxuyub. Fransız yazıçısının yaradıcılığında yer alan bədii və ya cizgi filmlərə nə böyüklər, nə də uşaqlar biganə qalmayıb.
Dahi yazıçı-fantast və məşhur səyahətçidən başqa doyumlu, dadlı və ən əsası müxtəlif növ yeməklərin fərqinə varan birisi varmı? Onun kitablarında dəniz, hava və torpaq sərgüzəştləri, hətta kosmosa uçuşlar kimi səyahətlər yer almışdır — XIX əsrin inanılmaz fərziyyələri! Odur ki, Jules Verne krep-kafesində hər kəs özünə yeni və ən əsası çox ləzzətli bir dad tapacaq.
Gənclik Mall-un 3-cü mərtəbəsində yerləşən krep kafesinin menyusu müxtəlif içlikli və desert kreplərdən, şirin vaflilərdən və isti içkilərdən ibarətdir. Yeməklərin hamısı Jül Vern əsərlərinin qəhrəmanlarının adını daşıyır.
Merci, Baku! Bu, ənənəvi Bakı səhər yeməyi olan pomidor-yumurta ilə olan krepin adıdır. Əminik ki, Jül Vern bu krepi dadsaydı, məhz Merci, Baku! deyərdi.
Yeni dadı kəşf etmək üçün Gənclik Mall-a gəlməyi unutmayın!
Mərtəbə
Mərtəbə