15 Sentyabr, "Bilik Günü" yaxınlaşdıqca şagirdlərin həyəcanı daha da artır. Şagirdlərlə yanaşı övladlarının təhsilinə diqqət ayıran valideynlər də bu günə xüsusi hazırlaşır. Valideynlər Gənclik Mall-da yerləşən brendlərin məktəblilər üçün xüsusi təkliflərindən yararlanaraq, yeni tədris ilinə daha hazırlıqlı ola bilərlər.
Bershka, Stradivarius, Lc Waikiki, Zara, Call it Spring, Koton, Next, Pull & Bear kimi dünyaca məşhur brendlərin mağazalarından xüsusi olaraq məktəblilər üçün təqdim olunan yüksək keyfiyyətli geyimlər əldə edə bilərsiniz. Hazır geyimlərlə yanaşı, tamamlayıcı aksesuarlarıyla da diqqət çəkən brendlərin təkliflərindən yararlanaraq yeni məktəb ilini daha rəngli qarşılayın!
Uşaqların psixoloji, ictimai və zehni inkişafını təmin edən oyunacaqlar təklif edən Imaginarium, Entertainer kimi mağazalardan həmçinin termos, çanta və sair məktəbli üçün müxtəlif məhsullar əldə edə bilərsiniz.
Kitab və məktəb ləvazimatları təqdim edən Ali Nino və Qrafika mağazalarının təqdim etdiyi əlfəcinlər və müxtəlif kitab aksesuarları ilə məktəblilərin öyrənmə prosesi daha da effektiv olacaq.
Bunlarla yanaşı, valideynlərin güvənini qazanmış uşaqların təlabatları üzərində fokuslanan Soo Be, Pancho, Pablosky, Original Marines kimi mağazalarda məktəblilər üçün müxtəlif və maraqlı məhsullar təqdim olunur.
Gənclik Mall-a gələrək geniş seçimlərlə keyfiyyətli məktəb alış-verişini etməyə tələsin!
Mərtəbə
Mərtəbə