Gənclik Mall-da dəyərli, gözəl və zərif hədiyyələr.
Artıq bir neçə gündən sonra Bahar, ən zərif və parlaq bayram – 8 Mart Beynəlxalq qadınlar günü ilə həyatımıza rəng qatacaq. Bu bayram zamanı hər bir xanım diqqət və əlbəttə ki, hədiyyə gözləyir.
Qadınların gülüşü və xoşbəxtliyi ilə dolu olan bu xüsusi gündə qiymətindən asılı olmayaraq, hər bir hədiyyə sevinc bəxş edir. Dəyər verdiyimiz insanlar üçün hədiyyə seçmək çətin proses olduğundan müxtəlif seçim imkanlarının olması önəmlidir. Gənclik Mall-da yerləşən mağazalar xüsusi olaraq bu gözəl bayram üçün müxtəlif təkliflər təqdim edir, burada istənilən zövqə və büdcəyə uyğun hədiyyə tapa bilərsiniz.
Gənclik Mall-da 8 Mart üçün əldə edə biləcəyiniz hədiyyələrin siyahısını tərtib etdik ki, özünüzü və sevdiklərinizi sevindirib bahar alış-verişindən zövq alasınız.
Sevimli qadınınız üçün geniş hədiyyə seçimi artıq ticarət mərkəzinin birinci mərtəbəsindən başlayır.
Kosmetika və Ətirlər
Ənənəvi olaraq ən çox üstünlük verilən və hələ də trenddən düşməyən hədiyyə olan ətir ən asan əldə edilən hədiyyə kimi tanınsa da, xanımların qəlbini fəth edəcək ideal hədiyyədir. Bu ideal hədiyyəni zərif və dəb-dəbəli ətirlər arasından Gənclik Mall-da yerləşən İdeal-dan əldə edə bilərsiniz. Unutmayın ki, qadınınıza yaraşacaq və onun özəlliyini vurğulayacaq ətiri seçməlisiniz və bu seçimi İDEAL-ın geniş parfüm seçimləri arasından asanlıqla edə bilərsiniz.
Kosmetika vasitələri isə bütün qadınların olmazsa olmazıdır. Odur ki, belə bir hədiyyə istənilən xanımı sevindirəcək. Mall Gənclik-də eyni mərtəbədə yerləşən YVESROCHER və INGLOT-da müxtəlif zövqdə kosmetika vasitələri tapa bilərsiniz. NYX Professional Makeup və İdeal da elə kosmetika hədiyyəsi üçün ideal seçim ola bilər. Eləcə də, L'OCCITAINE qadınıarın sevimli kosmetika brendi olduğundan xanımınızın qəlbini L'OCCITAINE ilə fəth edə bilərsiniz. Gözəllik məhsulları seçərkən qadının zövqünü və brend üstünlüklərini nəzərə almanız vacibdir.
Aksessuarlar və Qacetlər
Qadın üçün hədiyyə seçərkən aksessuarlar və bəzək əşyaları ağıla gələn ilk fikirdir. Sözsüz bu hədiyyə böyük sevinclə qarşılanacaq. Swatch-dan gözəl saatlar, Swarovksi və Xtravaganza-dan zərif zinət əşyaları münasibətinizə zəriflik qatacaq. Sevgi ilə təqdim olunan bu aksessuarlar həm də onun sahibəsinə müsbət enerji bəxş edəcək.
Daha bir uğurlu seçim qacetlərdir. Xanımlar həm də smartfon və notbuklarını yeniləməyi sevirlər. Gənclik Mall-da yerləşən elektronika və məişət texnikası mağazası olan Maxi.az-dan müasir xanımlar üçün “ağıllı” saat və ya son model iPhone seçə bilərsiniz.
Məişət Əşyaları
Məişət əşyaları ananızı, nənəzi və ya kulinariyaya həvəsi olan həyat yoldaşınızı sevindirə bilər. Ananıza hədiyyə seçirsinizsə, ev üçün dekor, gözəl yataq dəsti, dekorativ şam və ya əl işlərinə nəzər salın. DECORİA, ZEL HOME, CHELEBI Furniture & Décor, Coin Casa, və MADAME COCO ilə həm eviniz gözəlləşəcək, həm də dəyər verdiyiniz insanın daha da rəğbətini qazanacaqsınız. Eyni zamanda, ev üçün hər şeyi tapa biləcəyiniz Mudo Concept-dən də hədiyyə seçə bilərsiniz.
Geyim-Zərif və Gözəl Geyimə Hansı Qadın Yox Deyə Bilər?
Sevdiyi xanımın könlünu almağa, qəlbini oğurlamağa çalışan kişilər üçün bu gün daha da özəldir - sevdiyiniz qadını sevindirmək hissi qiymətsizdir. BONSAİ-dən zərif, gözəl güllərə və INTIMISSIMI-dən romantik alt-paltarı dəstinə heç bir qadın yox deməz.
Gənclik Mall-un 1-ci mərtəbəsində yerləşən Massimo Dutti, Ted Baker, Aldo, İsabel Garcia, French Connection kimi brendlərdən gözəl don, ayaqqabı, zərif aksessuar da az sevinc bəxş etməyəcək. Bahar qarderobunu yeniləmək vaxtıdır.
Courir, Go Sport kimi idman mağazalarından dəyərli hədiyyələr seçə bilərsiniz. Yeni idman ayaqqabısı, fitnes üçün geyim və idman aksessuarlar sağlam həyat tərzinə üstünlük verən xanımlar üçün ideal seçim olacaq.
İşgüzar və Kitabsevər Xanımlar Üçün İdeal Hədiyyələr
Hədiyyə seçiminiz arasında kitablara və dəftəraxana məhsullarına da yer ayırın. Kitab – universal və faydalı hədiyyədir. Həmçinin kitab mağazasına ədəbiyyat yenilikləri ilə tanış olmaq üçün də gələ bilərsiniz. Ali Nino-da təqdim olunan geniş bloknot və gündəliklər seçimi işgüzar xanımların vaxtını düzgün planlaşdırması üçün əla vasitədir. Eyni zamanda hədiyyə vermək istədiyiniz xanımın sevimli yazıçısından maraqlı kitab ala bilərsiniz. Bu hədiyyələr xüsusilə də işgüzar və kitabsevər xanımların ürəyincə olacaq.
Oyuncaqlar-Balaca Şəhzadəri Unutmayın!
Balaca gözəllərin bayramını isə The Entertainer, Pink Pablosky, Monsoon, Accessorize, Soo Be mağazalarından olan hədiyyələrlə təbrik edə bilərsiniz. Realistik gəlinciklər balaca şahzadələri valeh edəcək.
Xanımlar üçün bu xüsusi gündə hədiyyələrlə yanaşı, onlarla maraqlı və xoş vaxt keçirtmək önəmlidir. Gənclik Mall Cinema Plus-a gələrək beynəlxalq və yerli filmlərləri izləyərək, həyəcanlı və maraqlı anların birlikdə şahidi ola bilərsiniz. Həmçinin xanımınızı CA'D'ORO, Vapiano, Cafe City kimi restoranlara şam yeməyinə dəvət edə bilərsiniz.
Gənclik Mall-a gələrkən bu siyahını özünüzlə götürün- bu vasitə bayram alış-verişinizi daha da rahat edəcək.
Mərtəbə
Mərtəbə