˝LIBRAFF˝ kitab mağazaları şəbəkəsi və ˝TEAS Press˝ Nəşriyyat evinin təşkilatçılığı ilə keçirilən imza günü və yazıçının dilimizə yeni tərcümə olunmuş ˝21 kölgə yoldaş˝ kitabının təqdimatı Gənclik Mall-da keçirildi!
Azərbaycanda imza günü keçirilən Vulf Dorn psixoloji triller janrında yazdığı əsərlərlə təkcə Avropada yox, bütün dünyada ən çox oxunan müəlliflərdən biridir.
İmza günü 5 fevral saat 14:00-da ˝LIBRAFF˝ın ˝Gənclik Mall˝ filialında baş tutdu.
Məlumat üçün bildirək ki, Vulf Dorn 2009-cu ildə yazdığı ilk romanı "Psixiatr"la məşhurlaşıb. Əsərləri 10-dan çox dilə tərcümə olunan Vulf Dornun ˝Psixiatr˝, "Şizofrenik", "Oyunbaz", "Fobiya", ˝21 kölgə yoldaş˝ romanları ˝TEAS Press˝ Nəşriyyat evi tərəfindən Azərbaycan dilinə tərcümə olunub.
Həyatının 20 ilini psixiatriya klinikasında fəaliyyətə həsr etmiş Vulf Dorn hazırda yalnız ədəbi yaradıcılıqla məşğuldur.
Mərtəbə
Mərtəbə